Вернуться назад Распечатать

Zaxarova: “Kiyev şərt diktə edəcək durumda deyil”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna müharibəsi və beynəlxalq gündəmlə bağlı bir sıra açıqlamalar verib.

1xeber.media  xəbər verir ki, Zaxarova Hindistanın “Firstpost” portalına müsahibəsində Qərbi, xüsusilə Böyük Britaniya və Avropa İttifaqını Ukraynadakı münaqişəni uzatmaqda ittiham edib.

Onun sözlərinə görə, Moskva Ukrayna üzrə nizamlanmaya hazırdır, lakin Kiyev hər hansı şərt diktə edəcək vəziyyətdə deyil. Zaxarova bildirib ki, Rusiya ABŞ-la siyasi dialoqu davam etdirir, amma bu prosesdən böyük gözləntilər formalaşdırmır.

Rusiya rəsmisi Hörmüz boğazı ətrafında yaranmış vəziyyətə də toxunub. O qeyd edib ki, Moskva bölgədə gərginliyin azaldılması və nizamlanma prosesinə dəstək verməyə hazırdır.

Zaxarova həmçinin bildirib ki, Rusiya Hindistanla hərbi-texniki əməkdaşlığı və neft ixracını artırmaq niyyətindədir.