ABŞ-nin Ukraynadakı müvəqqəti işlər vəkili Culi Devis Donald Tramp administrasiyası ilə fikir ayrılıqlarına görə bir neçə həftədən sonra istefa verəcək.
1xeber.media xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, diplomat Tramp administrasiyasının Ukraynaya dəstəyinin azalmasından məyusdur.
Qeyd edək ki, Devis 2025-ci ilin may ayında ABŞ-nin Ukraynadakı müvəqqəti işlər vəkili vəzifəsini icra etməyə başlayıb.