Вернуться назад Распечатать

Macarıstan və Azərbaycan arasında elmi-analitik dialoqun gücləndirilməsi qarşılıqlı anlaşmaya töhfə verir

Macarıstanda fəaliyyət göstərən Azərbaycan Dillər Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinə AIR Centerin (Beynəlxalq münasibətlərin təhlili mərkəzinin) şöbə müdiri doktor Vasif Hüseynov və Ludovika Türk Araşdırmaları Mərkəzinin baş məsləhətçisi David Biro səfər ediblər.

1xeber.media xəbər verir ki, səfər çərçivəsində Mərkəzin direktoru Fərqanə Bayramlı ilə görüş keçirilib və mərkəzin fəaliyyəti ilə tanış olublar.

Görüşdə Azərbaycan ilə Macarıstan arasında beynəlxalq münasibətlərin inkişafı, akademik və analitik əməkdaşlığın genişləndirilməsi, regional proseslər üzrə fikir mübadiləsi və gələcək birgə təşəbbüslər müzakirə olunub. Tərəflər elmi-analitik dialoqun gücləndirilməsinin iki ölkə arasında qarşılıqlı anlaşmaya və əməkdaşlığın dərinləşməsinə töhfə verdiyini vurğulayıblar.

Bu görüş həm də Azərbaycan dilinin və mədəniyyətinin Budapeştdə təbliği ilə yanaşı, beynəlxalq münasibətlər sahəsində yeni tərəfdaşlıq imkanlarının formalaşması baxımından mühüm addım kimi qiymətləndirilib.