Вернуться назад Распечатать

Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak

Rusiya Ukraynadakı vəziyyəti izləmək üçün hərtərəfli kəşfiyyat metodlarından, o cümlədən açıq təhlillərdən istifadə edir.

1xeber.media xəbər verir ki, bunu ukraynalı hərbi ekspert və təhlükəsizlik xidmətinin keçmiş əməkdaşı İvan Stupak deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi Ukrayna informasiya məkanını fəal şəkildə izləyir.

Stupak qonşu ölkələrin də prosesə cəlb oluna biləcəyini vurğulayır, xüsusilə, ölkə üçün potensial təhlükə mənbəyi hesab edilən Belarusla əməkdaşlıqdan bəhs edir.

Həmçinin qeyd olunur ki, əvvəllər Macarıstanla bağlı müəyyən risklər, o cümlədən sərhəd bölgələrindən, xüsusən də Zakarpatiyadan məlumatlara mümkün çıxış mövcud idi.