Ukrayna Rusiya ilə qarşıdurma zamanı müasir müharibə üzrə unikal təcrübə toplayıb və indi bu təcrübəni Avropa ilə bölüşməyə hazırdır.
1xeber.media xəbər verir ki, bunu amerikalı beynəlxalq məsələlər üzrə şərhçi Devid İqnasiyus “Vaşinqton Post”dakı məqaləsində yazıb.
O qeyd edir ki, hazırda Ukraynada “yaxşı tərəf” qalib gəlir və ya ən azı bərabər səviyyədə dayanır. Bu isə geri çəkilən ABŞ-ın deyil, möhkəm Avropanın dəstəyi sayəsində mümkün olur.
Müəllif bildirir ki, Kiyev Təhlükəsizlik Forumunda Avropa ölkələrinin müdafiə qurumlarının rəhbərləri Ukraynaya həmrəylik ifadə edib və bu müharibəni artıq ortaq mübarizə kimi qiymətləndirirlər.
Eyni zamanda məqalədə vurğulanır ki, Avropa ABŞ Prezidenti Donald Trampdan açıq şəkildə narazıdır. O, ABŞ-ın yardımının ən çox lazım olduğu bir vaxtda NATO-dan uzaqlaşır.