Ukrayna Silahlı Qüvvələri dünən Rusiyanın ən böyük neft emalı müəssisələrindən olan Tuapse zavodunu son 2 həftə ərzində üçüncü dəfə vurub. Zavodun, demək olar ki, bütün hissələri yanıb. Həmçinin göyə qalın tüstü qalxıb və şəhəri bürüyüb. Ayın 20-də hətta Tuapsedə “qara yağış” yağıb.
1xeber.media xəbər verir ki, bu barədə politoloq Heydər Oğuz qeyd edib.
Politoloqun sözlərinə görə, Tuapse NEZ-də saxlanılan neft məhsulları Tuapse çayına və Qara dənizə axıb:
“İddialara görə, Qara dənizə axmağa başlayan neft yığını Putinin ən məşhur iqamətgahlarından sayılan Gəlincikə doğru irəliləyir. Putin də Tuapse yanğınının “ekoloji fəlakətə” yol aça biləcəyini bildirib.
Bəzi mütəxəssislər Ukraynanın bu cür hücumlarını davam etdirsə, Rusiyanın iqtisadi çöküşünün qaçılmaz olacağını bildirirlər.
Zavodda emal olunan neft Çeçenistan, Qərbi Sibir, Orenburq və Stavropol yataqlarından Transneft boru kəməri, dəmir yolu, su və avtomobil nəqliyyatı vasitəsilə tədarük olunur.
Vurğulayım ki, Tuapse Rusiyanın 150 illik savaşla ələ keçirdiyi və soyunu kəsməyə çalışdığı adıgey, kabardin, çərkəz və şapsuqların vətənidir. Dərd burasındadır ki, Rusiya faktiki olaraq bu xalqlardan bəzilərinin (məsələn, çərkəzlərin) Şimali Qafqazda soyunu qurutmasına baxmayaraq, utanıb qızarmadan türkləri qondarma “erməni soyqırımı”nda günahlandırır.
Tuapse - yerli xalqların dilində “iki çay vadisi” anlamına gəlir”.