Almaniyanın “Bavariya” klubunun qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində Fransanın PSJ komandası ilə görüşdə uğursuz göstəriciyə imza atıb.
1xeber.media xəbər verir ki, "Park de Prens"də 4:5 hesabı ilə başa çatan qarşılaşmada təcrübəli qolkiper qapısında beş top görüb və oyun ərzində bir dəfə də olsun seyv edə bilməyib. Statistikaya əsasən, rəqibin qapıya yönələn bütün zərbələri qolla nəticələnib.
Beləliklə, Manuel Noyer 2010-cu ildən etibarən Çempionlar Liqasının yarımfinal mərhələsində ən azı beş qol buraxan və bir dəfə də olsun zərbə dəf etməyən ilk qapıçı kimi tarixə düşüb.