Вернуться назад Распечатать

Trampın tədbirində atəş açan oğlan qatı dindar idi

Ağ Ev Müxbirləri Assosiasiyası şam yeməyində Trampa sui-qəsdə cəhddə ittiham olunan Koul Tomas Allen universitet illərində qatı dindar olub, lakin o vaxt heç bir zorakılıq meyli göstərməyib.

1xeber.media xəbər verir ki, bu barədə “Vaşinqton Post” Koulun keçmiş qrup yoldaşlarına istinadla məlumat yayıb.

“O, Kaliforniya Texnologiya İnstitutunda xristian tələbə birliyində fəal iştirak edir, müqəddəs kitabın ciddi öyrənilməsi və əxlaqi müzakirələrlə tanınırdı.

Dostları onu prinsipial, düşüncəli və bəzən sərt xarakterli biri kimi xatırlayır, lakin təhlükəli hesab etmirdilər”, - məlumatda qeyd olunub.