"İran öz işini görə bilmir. Onlar qeyri-nüvə razılaşmasını necə imzalayacaqlarını bilmirlər. Tezliklə ağıllı olsalar yaxşı olar!".
1xeber.media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında yazıb.
Bundan əlavə, o, özünü nəzərdə tutaraq bildirib ki, “Artıq o yaxşı adam yoxdur".
Amerika lideri mətni özünün əlində silah olan fotosu ilə paylaşıb.