Вернуться назад Распечатать

Gürcüstanda xüsusi əməliyyat zamanı 84 nəfər saxlınılıb

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə və qanunsuz silah-sursat saxlanmasına qarşı genişmiqyaslı əməliyyat keçirib, 84 nəfər saxlanılıb.

1xeber.media xəbər verir ki, bu barədə DİN-in Mərkəzi Cinayət Polisi Departamentinin direktoru David Kiknadze bu gün keçirdiyi brifinqdə məlumat verib.

O bildirib ki, saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.

Onları 20 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir.