Вернуться назад Распечатать

İran bu ərəb ölkəsini hədələdi: Müharibə başlasa...

Birləşmiş Ərəb Əmirliyi son qələbə və məğlubiyyət üzərində qumar oynamaqla təhlükəli yola girib.

1xeber.media xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Əli Xəzərian deyib.

BƏƏ-nin Amrika və İsraillə əməkdaşlığını tənqid edən millət vəkili Abu-Dabini ağır zərbə alacağı ilə təhdid edib:

“Hər hansı bir müharibə baş verərsə, BƏƏ artıq texnologiyanın məhv ediləcəyi bir vəziyyətə qayıdacaq”.

Xəzərian həmçinin BƏƏ-də yaşayan əcnəbilərə vəziyyət dəyişməzdən əvvəl ölkəni tərk etməyi məsləhət görüb.