Вернуться назад Распечатать

Putin və Tramp Zelenskinin davranışını qiymətləndiriblər

Rusiya prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp telefon danışığı zamanı Ukrayna lideri Vladimir Zelenskinin münaqişəni uzadan davranışlarına oxşar qiymətlər veriblər.

1xeber.media xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Rəsmi şəxs bildirib ki, "Həm Vladimir Putin, həm də Donald Tramp Zelenskinin rəhbərlik etdiyi Kiyev rejiminin davranışlarına əsasən oxşar qiymətlər veriblər, çünki hökumət münaqişəni uzatmaq siyasəti yürüdür".

O əlavə edib ki, Ukraynanın eskalasiya istəyi Kiyevin Avropadakı aqressiv kursunu dəstəkləməsi ilə bağlıdır.