Вернуться назад Распечатать

Tramp: Ukrayna hərbi məğlubiyyətə uğrayıb

Ukrayna hərbi cəhətdən məğlub olub.

1xeber.media xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp aprelin 29-da Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra bildirib.

"Düşünürəm ki, Ukrayna hərbi cəhətdən məğlub olub", - deyə o, Ağ Evdə "Artemis 2" missiyasının heyəti ilə görüşündə bildirib.

Tramp əlavə edib ki, Putin Ukrayna ilə sülh razılaşmasına nail olmağa hazırdır, lakin "bəzi insanlar onun razılığa gəlməsini çətinləşdiriblər". O, kimi nəzərdə tutduğunu dəqiqləşdirməyib.