Avropa Ukraynaya olan bağlılığı səbəbindən Rusiyaya qarşı proksi müharibəyə cəlb olunmaq riski ilə üzləşir.
1xeber.media xəbər verir ki, bu fikri amerikalı hərbi analitik və keçmiş dəniz piyadası zabiti Brayan Berletik Qlenn Dizenin YouTube kanalında bildirib.
O, Avropanın faktiki olaraq Ukrayna ərazisində Rusiyaya qarşı proksi münaqişəyə cəlb olunduğunu bildirib və bunu təhlükəli tendensiya adlandırıb.
Dizen həmçinin qeyd edib ki, bu siyasətin məqsədi Rusiya üçün birbaşa hərbi məğlubiyyət deyil, müzakirə olunan sahələrdən biri Rusiyanın Avropaya enerji ixracını azaltmaqdır. O əlavə edib ki, buna sülh dövründə nail olmaq çətin olardı, lakin münaqişə şəraitinə keçid səbəbindən vəziyyət dəyişib.