Вернуться назад Распечатать

330 pilləkən sonra yazdır... - Fotolar

Yaponiyanın paytaxtı Tokioda yüzlərlə insan əsrlərdir davam edən “Hinode Sai” - Günəşin doğuşu festivalına toplaşaraq, yazın gəlişini qeyd edib.

1xeber.media AFP-yə istinadən xəbər verir ki, festival çərçivəsində Şinto keşişləri və iştirakçılar Tokionun təxminən 55 kilometrliyində yerləşən Mitake dağının zirvəsindəki müqəddəs ziyarətgaha yürüş ediblər.

Ənənəyə görə, bu ritualın kökləri dağa qalxaraq maariflənmə axtaran səyyah zahidlərə gedib çıxır. Hər il keçirilən iki günlük mərasimə Yaponiyanın müxtəlif bölgələrindən gələn insanlar qatılır.

Ritual zamanı ziyarətgahın “tanrısı” ağ ipəklə örtülərək, zirvədən dağın ətəyindəki müvəqqəti “istirahət məkanına” endirilir və daha sonra təntənəli yürüşlə yenidən zirvəyə qaytarılır.

Ziyarətgah rəsmilərinin sözlərinə görə, bu mərasim iştirakçılara bərəkət, ailə qorunması və xəstəliklərdən uzaq il vəd edən xeyir-dua simvolu hesab olunur.

Ritual orta əsrlərdən bəri fasiləsiz şəkildə icra edilir.

Festival zamanı keşişlərin, ənənəvi geyimli uşaqların və simvolik samuray obrazlarının iştirakı ilə gecə yürüşü həyata keçirilib. Fənər işığında başlayan mərasim sübh tezdən dağ zirvəsinə doğru davam edib.

Yürüşün son mərhələsi 330 daş pilləkənin qalxılması ilə tamamlanıb.