“İrana məxsus təxminən yarım milyard dollarlıq kriptovalyuta ələ keçirilib”.
1xeber.media xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent “Fox News”a müsahibəsində deyib.
O qeyd edib ki, ABŞ hakimiyyəti İrana qarşı iqtisadi təzyiq kampaniyasını genişləndirib.
O, həmçinin İranla əlaqəli çoxsaylı bank hesablarının dondurulduğunu vurğulayıb.
Nazirin sözlərinə görə, “İqtisadi Qəzəb Əməliyyatı” son həftələrdə daha da gücləndirilib və bu tədbirlər Tehranın maliyyə imkanlarını məhdudlaşdırmağa yönəlib.
ABŞ İran nefti alan ölkə və şirkətlərə də xəbərdarlıq edib. Vaşinqton bu istiqamətdə ikinci dərəcəli sanksiyaların tətbiqinə hazır olduğunu və İranla əməkdaşlığı davam etdirən maliyyə və sənaye qurumlarını hədəfə ala biləcəyini açıqlayıb.