Вернуться назад Распечатать

Avropa Liqasında yarımfinal mərhələsi başlayır

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

1xeber.media xəbər verir ki, “Braqa” öz meydanında “Frayburq”u qəbul edəcək, “Nottingem Forest” isə “Aston Villa” ilə üz-üzə gələcək.

Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları mayın 7-də baş tutacaq.