Вернуться назад Распечатать

Pentaqon elan etdi: Ukrayna üçün 400 milyon göndərildi

ABŞ Konqresi tərəfindən Ukraynaya yardım üçün təsdiqlənmiş 400 milyon dollar Pentaqon tərəfindən Avropanın potensialını gücləndirmək üçün ayrılıb.

1xeber.media xəbər verir ki, bu barədə ABŞ-ın hərbi naziri Pit Heqset Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin dinləmələri zamanı bildirib.

O əlavə edib ki, sözügedən vəsait ötən gün köçürülüb.

Qeyd edək ki, daha öncə respublikaçı senator Miç Makkonnell əvvəllər təsdiqlənmiş 400 milyon dollarlıq hərbi yardım paketinin Ukraynaya çatdırılmadığını bildirmişdi.