Вернуться назад Распечатать

ABŞ Hörmüzü ələ keçirməyə hazırlaşır: Yeni əməliyyat...

ABŞ İranla müharibəyə qayıtmağı düşünür.

1xeber.media xəbər verir ki, bu barədə “Axios” mənbəyə istinadla məlumat yayıb.

“ABŞ Mərkəzi Komandanlığının komandanı Bred Kuper İrana qarşı hərbi əməliyyatların bərpası üçün yeni potensial ssenariləri təqdim etmək məqsədilə bu gün Tramp üçün xüsusi brifinq təyin edib. Görünür, Tramp danışıqlardakı çıxılmaz vəziyyəti aradan qaldırmaq və ya münaqişənin son mərhələlərində həlledici zərbə endirmək üçün genişmiqyaslı döyüş əməliyyatlarını bərpa etməyi ciddi şəkildə nəzərdən keçirir. Ssenarilərdən biri kommersiya gəmiçiliyini bərpa etmək üçün Hörmüz boğazının bir hissəsinin ələ keçirilməsini əhatə edir. Belə bir əməliyyat quru qüvvələrini prosesə cəlb edə bilər”, - mənbə bildirib.

Qeyd edək ki, ötən gün İsrail və ABŞ qüvvələrinin artıq BƏƏ-də cəmləşdirildiyi barədə məlumat yayılmışdı.