Вернуться назад Распечатать

Qalibafdan Trampa: 3 gün keçdi, heç bir quyu partlamadı

3 gün keçib, heç bir neft quyusu partlamayıb. İstəsək, bunu 30 günə qədər uzadıb quyunu buradan canlı yayımlaya bilərik.

1xeber.media xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf özünün X səhifəsində yazıb.

“Bu, ABŞ administrasiyasının blokada nəzəriyyəsini irəli sürən və nefti 120 dollardan yuxarı qaldıran Bessent kimi insanlardan aldığı axmaq məsləhət idi. Növbəti dayanacaq: 140. Məsələ nəzəriyyədə deyil, düşüncə tərzindədir”, - o qeyd edib.

Qeyd edək ki, Tramp İranın neft sistemini üç gün ərzində partlatmağın mümkün olduğunu bildirmişdi.