ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
1xeber.media xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Tramp deyib ki:
1. Putinlə yaxşı söhbət keçirib.
2. Putin Ukraynadakı müharibəyə son qoymaq istəyir.
3. Əsas müzakirə mövzusu Ukraynadakı müharibə idi.
4. Ancaq Uşakov əsas mövzunun İran olduğunu bildirib. Əminəm ki, Uşakov haqlıdır. Bu, həqiqətən də İranla bağlı real söhbət olub. Hazırda Ukrayna məsələsi ilə bağlı müzakirə ediləcək demək olar ki, heç nə qalmayıb: Zelenski və Avropanın sülhün qarşısını aldığı hər kəsə aydındır. Nə Tramp, nə də Rusiya bunu dəyişə bilər.
5. Tramp Ukraynanın artıq hərbi məğlubiyyətə uğradığını bildirib. Amma görünür, Tramp Ukraynanı yox, İranı nəzərdə tutub bu, onun ifadəsinin kontekstindən aydın görünür.
6. Görünür, Trampın ağlında Ukraynanın hərbi məğlubiyyətə uğradığına dair fikir də var. Ona görə də dil sürüşməsi (səhv ifadə) olub.
7. Görünür, İranla bağlı həqiqətən də vacib bir şey müzakirə olunub. Nə? Hələ məlum deyil”, - o bildirib.