Azərbaycan Dəmir Yolları QSC (ADY) dəmir yolu xətlərinin modernləşdirilməsi çərçivəsində Baş Ələt stansiyasında yolların yenilənməsini davam etdirir.
Bu barədə 1xeber.media-ya ADY-dən məlumat verilib.
Bildirilib ki, görülən işlər bu sahə üzrə daha təhlükəsiz və daha optimal hərəkət sxeminin tətbiqinə imkan verəcək.