Ukrayna ordusu Nijni Novqorod vilayətinin Dzerjinsk şəhərinə PUA zərbələri endirib.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, dronların əsas hədəfi Dzerjinskdəki Sverdlov barıt zavodu olub.
Zərbələr nəticəsində zavodda yanğın baş verib.
Qeyd edək ki, Sverdlov zavodu Rusiyanın 100 ildən çox tarixi olan ən böyük partlayıcı maddə istehsalçısıdır.