Вернуться назад Распечатать

Prezident çempion olan güləşçiləri qəbul etdi

Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib.

1xeber.media xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.