Вернуться назад Распечатать

Bankların biznes kredit portfeli 16,2 mlrd. manata yüksəlib

Bu il aprelin 1-nə Azərbaycanda bankların biznes kredit portfeli 16 milyard 214.8 milyon manat təşkil edib.

1xeber.media Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstərici son bir ayda 156.8 milyon manat, son bir ildə isə 1 milyard 279.8 milyon manat artıb.

Qeyd edək ki, cari ilin 1 aprel tarixinə iri sahibkarlıq subyektlərinin kredit portfeli 8 milyard 514.3 milyon manata, orta sahibkarlıq subyektlərinin portfeli 2 milyard 292.8 milyon manata, kiçik sahibkarlıq subyektlərinin portfeli 1 milyard 731.8 milyon manata, mikro sahibkarların portfeli isə 3 milyard 675.9 milyon manata bərabər olub.