ABŞ İkinci Dünya müharibəsindən bəri ilk dəfə xalis xam neft ixracatçısına çevrilib.
1xeber.media xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, İranla müharibə fonunda təchizat çatışmazlığı yaşayan neft emalı zavodlarına rekord miqdarda neft göndərilib və bu da daxili ehtiyatların əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.
EIA-ya görə, ötən hesabat həftəsində Birləşmiş Ştatların neft hasilatı min barel artaraq sutkada orta hesabla 13 milyon 586 min barel olub. Keçən həftə ABŞ-nin neft idxalı əvvəlki həftəyə görə 329 min barel azalaraq sutkalıq 5 milyon 750 min barel, neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 1 milyon 640 min barel artaraq gündəlik 6 milyon 438 min barel təşkil edib.
Cari ildə Birləşmiş Ştatların neft hasilatının gündəlik orta hesabla 13 milyon 510 min barel olacağı gözlənilir.