Вернуться назад Распечатать

"İran nüvə proqramını milli sərvəti hesab edir" - Xamenei

"Fars körfəzində ən böyük sahil xəttinə malik olan İran xalqı onun müstəqilliyi uğrunda xaricilərə və təcavüzkarlara qarşı ən böyük qurbanlar verib".

1xeber.media xəbər verir ki, bunu İslam İnqilabının Lideri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei Fars Körfəzi Milli Günü münasibətilə yaydığı bəyanatda deyib. 

Onun sözlərinə görə, Amerikanın məğlubiyyətindən sonra, Fars körfəzi və Hörmüz boğazı üçün yeni bir fəsil ortaya çıxıb: "Fars körfəzi bölgəsinin parlaq gələcəyi Amerikasız və xalqlarının tərəqqisinə, rahatlığına və rifahına xidmət edəcək bir gələcək olacaq. Biz Fars körfəzi və Oman dənizi sularında qonşularımızla bir taleyi bölüşürük və minlərlə kilometr uzaqlıqdan acgözlüklə pislik edən əcnəbilərin orada yalnız suların dərinliyində yerləri var. Müqavimətin tədbirləri, siyasətləri və güclü İran strategiyasının kölgəsində əldə edilən bu qələbə zənciri bölgədə və dünyada yeni bir nizamın başlanğıcı olacaq.

Bu gün İran xalqının möcüzəvi oyanışı yalnız sionizm və qaniçən Amerikaya qarşı mübarizədə canlarını fəda edən on milyonlarla insanla məhdudlaşmır. Ölkə daxilində və xaricində doxsan milyon cəsur və nəcib İran vətəndaşı nano və biotexnologiyadan nüvə və raket texnologiyalarına qədər bütün şəxsi, mənəvi, insani, elmi, sənaye resurslarını və qabaqcıl texnologiyalarını milli sərvətləri hesab edir və onları dəniz, quru və hava sərhədləri kimi qoruyacaq.

İran Fars körfəzi bölgəsini təhlükəsiz saxlayacaq və düşmənin bu su yolundan sui-istifadəsini aradan qaldıracaq. Hörmüz boğazının yeni idarəçiliyinin hüquqi qaydaları və tətbiqi bölgənin bütün xalqlarının xeyrinə rahatlıq və tərəqqi gətirəcək, iqtisadi faydaları isə xalqın qəlbini sevindirəcək".