1xeber.media xəbər verir ki, İranın Hindistandakı səfiri Məhəmməd Fətəli Hindistanın CNN-News18 televiziya kanalına verdiyi müsahibədə bildirib ki, Tehranın dinc nüvə enerjisi inkişaf etdirmək hüququ Vaşinqtonla danışıqlar üçün əsas şərtdir.
Diplomat qeyd edib ki, "Bizim üçün İran xalqının dinc nüvə enerjisinə olan qanuni hüququ müzakirə mövzusu deyil. Biz Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin üzvüyük və indiyə qədər beynəlxalq qaydalar çərçivəsində hərəkət etmişik".
O əlavə edib ki, İrana qarşı sanksiyaların ləğvi də ABŞ ilə tam dialoqa qayıtmaq üçün əsas şərtdir.
Daha əvvəl ABŞ prezidenti Donald Trampın Hörmüz boğazını birdəfəlik bağlamaq niyyətində olduğu və bunun İranı nüvə proqramından imtina etməyə məcbur edəcəyinə ümid etdiyi bildirilirdi.