Вернуться назад Распечатать

Rus qadın Çindəki bir şəhəri "vizasız Avropanın bir parçası" adlandırıb

Rus turist Çində populyar olmayan bir şəhəri "vizasız Avropanın bir parçası" adlandırıb.

1xeber.media xəbər verir ki, bu müşahidəni "Turistlər üçün Çin" Telegram kanalının abunəçisi İnna paylaşıb.

O, Çinin şərqindəki Çinqdo şəhərini belə təsvir edib. "Avropa memarlığı ilə küçələrdə, uzun sahil boyunca gəzin, hər yerdə satılan ləzzətli pivə için və ən təzə dəniz məhsullarından yeyin. Bir neçə gün üçün maraqlı bir seçimdir", - İnna deyib.