Вернуться назад Распечатать

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

1xeber.media Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:

1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

2. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

4. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

6. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

8. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində.