Bakıda bir gəncin Azərbaycan bayrağına qarşı hörmətsizlik etdiyinə dair görüntülər yayılıb.
1xeber.media xəbər verir ki, görüntülərdə onun bayrağı cırmağa çalışması, bundan sonra yaxınlıqda olan digər bir gənc tərəfindən hadisəyə müdaxilə edildiyi əks olunub.
Gəncin müdaxiləsindən sonra hörmətsizlik edən şəxs bayrağımızı öpərək, ərazidən uzaqlaşıb.