Вернуться назад Распечатать

"Azərbaycan mediası peşəkar institutlaşma mərhələsinə qədəm qoyub" - Əhməd İsmayılov

Bu il mayın 17-22-də Bakıda qlobal əhəmiyyətli möhtəşəm tədbir – Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) keçiriləcək. Artıq Medianın İnkişafı Agentliyinin və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə “WUF13: Dayanıqlı şəhərsalmanın inkişafı və medianın rolu” mövzusunda silsilə məlumatlandırma sessiyaları təşkil olunub.

1xeber.media xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılışında deyib.

O qeyd edib ki, mövzunun spesifik cəhətini və müstəsna ictimai əhəmiyyətini nəzərə alan jurnalistlərimizin məlumatlandırma sessiyalarında fəal iştirakı cəmiyyətin informasiya ilə təminatında öz ciddi təsirini göstərəcək.

“Azərbaycan mediası mühüm qlobal tədbirlərin işıqlandırılmasında artıq beynəlxalq standartlara cavab verən zəngin təcrübə və peşəkar institutlaşma mərhələsinə qədəm qoyub. Müstəqillik tariximizin ən böyük qlobal tədbiri kimi ölkəmizin 2024-cü ildə uğurla ev sahibliyi etdiyi COP29-un keçirilməsi zamanı mediamız öz fəaliyyətində zəngin təcrübəyə imza atıb. Konfransın keçirildiyi iki həftə ərzində ölkəmizin informasiya agentlikləri, onlayn və çap mediası subyektləri hazırladıqları materialların böyük hissəsini COP29-a həsr etməklə yalnız yerli auditoriya üçün deyil, eyni zamanda, qlobal miqyasda peşəkar media gündəmini formalaşdırmağa müyəssər olublar.

COP29 zamanı sınaqdan çıxmış effektiv kommunikasiya modeli sübut edib ki, dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən layiqincə gəlməyimizə imkan verir. İnanırıq ki, WUF13 zamanı da oxşar nailiyyətlərimiz təkrarlanacaq və daha böyük peşəkar uğurlara imza atacağıq”, - deyə Əhməd İsmayılov vurğulayıb.