Вернуться назад Распечатать

BƏƏ və Səudiyyə Ərəbistanı arasında münaqişə yarana bilər

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) çıxması Ərəbistan yarımadasında gərginliyi artırır və Səudiyyə Ərəbistanı ilə münaqişəyə səbəb ola bilər.

1xeber.media xəbər verir ki,  bu  barədə "Junge Welt" (JW) qəzeti məlumat yayıb. 

"BƏƏ-nin OPEC-dən çıxması Ərəbistan yarımadasında gərginliyi artırır. Əsas səbəb BƏƏ ilə Səudiyyə Ərəbistanı arasındakı fikir ayrılıqlarıdır. Əbu-Dabi gələcəkdə daha çox neft satmaq istəyir və əsasən Ər-Riyad tərəfindən müəyyən edilən OPEC kvotaları ilə özünü çox məhdudlaşdırılmış hiss edir",  - nəşr yazır. 

Qeyd olunur ki, neft hasilatı ilə bağlı mübahisədən əlavə, ölkələr arasında münasibətlərdə siyasətlə bağlı yeni fikir ayrılıqları da başlayıb.