ABŞ prezidenti Donald Tramp telefon danışığı zamanı İraqın yeni baş naziri Əli əl-Zeydini Vaşinqtona səfərə dəvət edib.
1xeber.media xəbər verir ki, bu barədə Tramp sosial media hesabı olan "Truth Social"da yazıb.
"İraq və ABŞ arasında güclü, dinamik və yüksək məhsuldar yeni bir münasibəti səbirsizliklə gözləyirik",- deyə o, qeyd edib.
Amerika lideri həmçinin əl-Zeydini baş nazir təyin olunması münasibətilə təbrik edib.