Вернуться назад Распечатать

Azərbaycanlı iş adamının sərvəti açıqlandı - 23,5 milyard...

Rusiyanın ən varlı iş adamlarının ümumi sərvəti 2026-cı ilin əvvəlindən etibarən 16,1 milyard dollar artıb. 

1xeber.media xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index"in son hesabatında məlumat verilir.
Reytinqə əsasən, Azərbaycan əsilli iş adamı Vahid Ələkbərov ("Lukoil" şirkətinin təsisçisi) ilin əvvəlindən 887 milyon dollar gəlir əldə edərək sərvətini 23,5 milyard dollara yüksəldib.
Hesabatda digər milyarderlərin də maliyyə göstəricilərində ciddi artım qeydə alınıb. Belə ki, Andrey Melniçenko ("EuroChem” və "SUEK” şirkətlərinin həmtəsisçisi) 5,8 milyard dollar qazanaraq sərvətini 24,7 milyard dollara çatdırıb.
Eyni zamanda, Leonid Mikhelson ("Novatek”in baş direktoru) 4,94 milyard dollar artımla 28,6 milyard dollarlıq sərvətə sahib olub. Aleksey Mordaşov ("Severstal”ın təsisçisi) isə 2,92 milyard dollar qazanc əldə edərək sərvətini 29,2 milyard dollara yüksəldib.
Bununla yanaşı, "Telegram" platformasının həmtəsisçisi Pavel Durov üçün əks tendensiya müşahidə olunub. Onun sərvəti 2,08 milyard dollar azalaraq 12,3 milyard dollara enib.