Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə yeni təyinat olub.
1xeber.media xəbər verir ki, AMB-dən verilən məlumata görə, Sadiq Fərhad oğlu Axundov mayın 1-dən etibarən baş direktor təyin edilib.
Bununla da AMB-nin baş direktorlarının sayı 10-a çatıb.
Qeyd edək ki, Sadiq Axundov əmək fəaliyyətinə 2009-cu ildə “Azəriqazbank” ASC-də Bank sistemləri şöbəsində mütəxəssis vəzifəsi ilə başlamış, həmin bankda müxtəlif vəzifələrdə, o cümlədən Proqram təminatlarının və platformaların idarə edilməsi şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2017-2019-cu illərdə “Amrahbank” ASC-də Məlumat bazası və proqramlaşdırma şöbəsinin rəisi vəzifəsində işləmişdir. 2019-2024-cü illərdə “ZiraatBank Azərbaycan” ASC-də İnformasiya texnologiyaları departamentinin direktoru vəzifəsində işləmişdir.
2024-cü ilin mart-iyul aylarında Azərbaycan Respublikası Mərkəzi Bankında Sədrin ofisi departamentində məsləhətçi vəzifəsində işləmişdir. 2024-cü ilin iyul ayından 2026-cı ilin aprel ayınadək Mərkəzi Bankın İnformasiya texnologiyaları əməliyyatları departamentinin direktoru vəzifəsində işləmişdir.