Bu gün Azərbaycan media məkanında özünəməxsus yeri olan Hit.az saytının yarandığı gündür.
6 yaşını qeyd edən sayt 1 may 2020-ci il tarixindən etibarən Azərbaycanın media məkanında fəaliyyətə başlamış müstəqil informasiya platformasıdır. Yarandığı qısa müddət ərzində onlayn media sahəsində özünəxas yer tutan portal həm operativ xəbər istehsalı, həm də rəngarəng əyləncə məzmunları ilə geniş oxucu auditoriyasının rəğbətini qazanıb.
Gülnarə Məmmədovanın baş redaktoru olduğu ictimai-siyasi yönümlü xəbər saytı olan Hit.az-ın əsas fəaliyyət fəlsəfəsi cəmiyyətin informasiya ehtiyaclarını dolğun şəkildə ödəmək və ictimaiyyəti maraqlandıran mühüm mövzuları etibarlı mənbələrə istinadən işıqlandırmaqdır. Sayt təkcə ölkə daxilində baş verən yenilikləri deyil, həm də dünya gündəmini, qlobal prosesləri və beynəlxalq əhəmiyyətli hadisələri peşəkar şəkildə izləyərək öz oxucularına təqdim edir.
Portalın yaradıcı heyəti informasiyanın hər bir sosial təbəqə və yaş qrupu üçün əlçatan olmasına xüsusi önəm verir. Məhz bu məqsədlə, saytda yayımlanan məqalə və xəbərlər sadə, anlaşıqlı və rəvan dildə qələmə alınır ki, bu da kontentin oxunaqlılığını əhəmiyyətli dərəcədə artırır.
1xeber.media Hit.az-ın kollektivini təbrik edir, onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayır.