Вернуться назад Распечатать

Dövlət qayğısı idmançılar üçün ən böyük mənəvi stimul və məsuliyyətdir

 

Ölkəmizdə idmana dövlət tərəfindən göstərilən yüksək diqqət, xüsusilə uşaq və
yeniyetmələrin fiziki inkişafı istiqamətində həyata keçirilən mühüm layihələr və Dövlət
Proqramları öz bəhrəsini verməkdədir. Məhz bu uzunmüddətli və sistemli qayğının nəticəsidir
ki, Azərbaycan idmançıları ən mötəbər turnirlərdə parlaq qələbələr qazanaraq üç rəngli
bayrağımızı zirvələrə daşıyırlar. Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında
qeydə alındı. Sərbəst güləş üzrə milli komandamız turnirdə 3 qızıl, 2 gümüş və 1 bürünc
medal qazanaraq ümumilikdə 152 xal topladı və 6-cı dəfə Avropa çempionu adını qazandı.
Komandamız yüksək peşəkarlıq nümayiş etdirərək, Gürcüstanı 58 xal qabaqlayıb.Qeyd edək
ki, Gürcüstan 94 xalla ikinci, Ermənistan isə 73 xalla üçüncü olub. Bu nəticə həm də statistik
rekordlarla yadda qaldı. Millimiz Albaniyada medalların əyarına görə son 17 ilin ən yaxşı
göstəricisinə imza atıb. Bu, komandamızın 2009-cu ildən bu yana Avropa çempionatlarında
əldə etdiyi ən yüksək və unikal nailiyyətdir. Nəticə etibarilə, bu zəfər Azərbaycan güləş
məktəbinin dünyadakı liderliyini bir daha təsdiq etdi və dövlətin idman siyasətinin nə dərəcədə
düzgün strategiya üzərində qurulduğunu nümayiş etdirdi.
Avropa çempionatında güləşçilərimizin qazandığı qələbənin əhəmiyyətini artıran, onu
daha da xüsusi və yaddaqalan edən bir sıra amillər var. Bunlardan ən başlıcası
idmançılarımızın böyük əksəriyyətinin rəqibləri üzərində aşkar üstünlüklə qalib gəlməsi və
çempionatın ən yüksək pilləsinə yüksəlməsidir. Aprelin 30-da Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında
komanda hesabında Avropa çempionu olan yunan-Roma və sərbəst güləş, həmçinin qadın
güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib. Görüş zamanı
idmançıları əldə etdikləri yüksək nəticələrə görə təbrik edən Prezident İlham Əliyev
Azərbaycanda idmanın dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bir daha
vurğulayıb. Dövlət başçısı qeyd edib ki, idman ölkənin gücünü nümayiş etdirən əsas
amillərdən biridir:“Hər dəfə beynəlxalq yarışlarda bayrağımız qaldırılarkən bütün Azərbaycan
xalqı qürur hissi keçirir və sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza yaşadır. Bu
isə öz növbəsində gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol
oynayır. İdman ümumilikdə cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illərdə bu
sahədə müşahidə olunan müsbət inkişaflar hamımızı sevindirir.”
Azərbaycan gənclərinin idman arenalarında qazandığı uğurlar təkcə fiziki deyil, həm də
mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir. Hər bir beynəlxalq qələbə uşaq və
yeniyetmələrin idmana olan marağını artırmaqla yanaşı, ölkəmizdə idmanın kütləviləşməsinə
birbaşa xidmət edir. Bu, gənclərin sağlam həyat tərzinə meyillənməsi və zərərli vərdişlərdən
uzaq durması üçün ən təsirli vasitədir. Bu istiqamətdə Azərbaycan Güləş Federasiyasının
fəaliyyəti xüsusi təqdirəlayiqdir. Dövlət başçısı İlham Əliyev vurğulayıb ki, federasiya xüsusilə
bölgələrdəki istedadlı gəncləri aşkar etmək, onları məşq və təlim-toplanış proseslərinə cəlb
etmək üçün öz işini daha da təkmilləşdirəcəkdir. Hazırda respublikamızın hər bir bölgəsində
müasir Olimpiya İdman kompleksləri və ixtisaslaşmış güləş zalları fəaliyyət göstərir. Bu
infrastruktur bazası üzərində qurulan sistemli seleksiya işi gələcək uğurlarımızın əsas təməlini
təşkil edir. Azərbaycanda idmanın dövlət siyasətinin mühüm qolu olmasının ən aydın
göstəricilərindən biri də bu sahədə mövcud olan güclü varislik ənənələridir. İdman
veteranlarının, tanınmış Olimpiya çempionlarının federasiya rəhbərliyində və məşqçi
heyətində təmsil olunması təcrübənin gənc nəslə ötürülməsini təmin edir. Dövlətimizin başçısı
bu bağlılığı xüsusi qeyd edərək bildirmişdir:“Bu gün məşqçi kimi fəaliyyət göstərən
idmançıların yarışlarını vaxtilə mən özüm izləmişəm, həm Bakıda, həm Olimpiya Oyunlarında
onlara azarkeşlik etmişəm. İndi isə onların yetirmələri bizi sevindirir. Nəsillər dəyişdikcə güləş
və bütövlükdə idman Azərbaycanda nəinki yaşayır, hətta inkişaf edərək yeni zirvələrə çatır.”
Prezident İlham Əliyevin Tiranada keçirilmiş Avropa çempionatının qəhrəmanlarını
qəbul etməsi, qazanılan uğurları şəxsən təqdir etməsi dövlət başçısının milli idmanımıza və
idmançılarımıza verdiyi yüksək dəyərin bariz nümunəsidir. Görüş əsnasında dövlət başçısının
qarşıdakı vəzifələr haqqında ətraflı tövsiyələr verməsi, idmançılar üçün hər cür şəraitin
yaradıldığını və bu dəstəyin gələcəkdə də artan templə davam edəcəyini vurğulaması
Azərbaycanın strateji idman hədəflərindən xəbər verir. Sözügedən görüşü birmənalı şəkildə
idmançılar üçün ən böyük mənəvi mükafat və sarsılmaz bir stimul hesab etmək olar. Dövlət

rəhbərinin birbaşa diqqəti idmançılarda yalnız ruh yüksəkliyi yaratmır, həm də onların üzərinə
düşən məsuliyyət hissini daha da artırır. Bu cür ali münasibət qələbə qazanan hər bir
idmançını qarşıdakı mötəbər yarışlara mənəvi-psixoloji baxımdan daha effektiv kökləyir.
Əminliklə demək olar ki, Prezidentin bu qayğısı milli komandamızın hər bir üzvü üçün bir növ
"zəfər nizamnaməsi" rolunu oynayır. Bu dəstəkdən güc alan pəhləvanlarımız Azərbaycan
bayrağını beynəlxalq arenalarda dalğalandırmaq üçün daha böyük əzmlə mübarizə
aparacaqlar. İdmançılarımız dərk edirlər ki, onların arxasında dayanan dövlət iradəsi hər bir
qələbənin ən etibarlı təminatçısıdır.
Daşqın İbrahimov,
Sabirabad RİH başçısının Moranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi