Вернуться назад Распечатать

“İctimai proseslər media müstəvisində” mövzusunda III Forum “Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” adlı panel sessiya ilə yekunlaşıb

 

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum “Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” adlı panel sessiya ilə yekunlaşıb.

1xeber.media xəbər verir ki,Azərbaycan Respublikası Audiovizual Şurasının aparat rəhbəri Fazil Novruzovun moderatorluğu ilə təşkil olunan sessiyada Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, eləcə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin səlahiyyətli nümayəndələri spiker qismində çıxış ediblər.

Panel sessiya zamanı rəqəmsal inkişafın media sektoruna təsiri, süni intellekt texnologiyalarının informasiya istehsalı və yayımında yaratdığı yeni imkanlar, dezinformasiya risklərinin artması, etik prinsiplərin qorunması məsələləri geniş müzakirə olunub.  Bildirilib ki, media nümayəndələrinin innovativ alətlərdən düzgün, etik və effektiv şəkildə istifadə etmələri, peşəkar fəaliyyətlərində bu texnologiyaların imkanlarından səmərəli yararlanmaları olduqca vacibdir.

Sessiyada həmçinin vurğulanıb ki, süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə media qurumlarının texnoloji yeniliklərə operativ uyğunlaşması və informasiya etibarlılığının təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.

 

Qeyd edək ki, panel müzakirənin sonunda iştirakçıların sualları cavablandırılıb və Forum öz işini yekunlaşdırıb.