Вернуться назад Распечатать

Güləşçilərimizin növbəti Avropa uğuru hamını sevindirdi

Bu gün ölkəmizdə cəmiyyətin inkişaf edən bütün sahələri kimi idman da öz yüksəliş
dövrünü yaşayır. Yüksək səviyyəli idman infrastrukturunun yaradılması və olimpiya idman
komplekslırinin inşa edilərək xalqımızın ixtiyarına verilməsi bunun təzahürüdür. Ölkə rəhbərliyi
tərəfindən idmanın kütləviliyinin təminində böyük ugurlar əldə olunub. Azərbaycan Prezidenti
İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına
yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək
beynəlxalq nüfuz qazanmasına səbəb olub. Ölkəmizdə gənc nəslin fiziki və mənəvi cəhətdən
sağlam yetişməsi dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanıldığından bu sahənin
inkişafı istiqamətində mühüm qərarlar verilir və sənədlər imzalanır.
Bu gün Azərbaycanda idman hərəkatı öz inkişaf dövrünü yaşayır. Dövlətin idmana olan
qayğısı baxımından Azərbaycan dünyada öndə gedən ölkələr sırasındadır.
Aprelin 30-da keçirilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa
çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal
qazanmış idmançıları və onların məşqçilərini qəbulu ölkəmizdə idmana dövlət tərəfindən olan
diqqət və qayğını bir daha nümayiş etdirdi.
Güləşçilərimiz və onların məşqçiləri ilə görüşündə Prezident İlham Əliyev dedi ki,
“güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq”. Dövlətimizin başçısı bildirib:
“Şadam ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər.
Bu onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulub”.
Qeyd edildi ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi
inkişafını əks etdirir. Dövlətimizin başçısı deyib ki, bu gün qalib dövlət və qalib xalq kimi
yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir.
Güləşçilərimizin Avropa çempionatındakı qələbələrı sübut edir ki, həqiqətən də,
Azərbaycanda idman sürətlə inkişaf edir. Ölkəmizin, ardıcıl olaraq beynəlxalq yarışlarda
iştirakı və uğurlar qazanması beynəlxalq aləmin Azərbaycandakı idman hərəkatına olan
diqqətini artırıb.
Ölkə başçımız Avropa çempionatında komanda hesabında çempion olan güləşçilər və
onların məşqçiləri ilə görüşündə beynəlxalq yarışlarda idmançılarımıza qarşı ədalətsizliklərdən
danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: “Maraqlıdır, bir qayda olaraq Avropa
yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha
çox olur. Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak
etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir”.
Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli
düşüncəyə malik gənclər mühiti formalaşıb. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi
həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ
gəncliyin formalaşmasına geniş imkanlar açıb. Ölkəmizdə gənc nəslin problemlərinin həlli,
onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə
bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata
keçirilir. Qazanılan uğurlar, bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan
böyük məqsədi və məsuliyyəti dərk edir.
Onu da vurğulayaq ki, dövlət başçısının idmana və idmançılara göstərdiyi yüksək
qayğının nümunəsi kimi Prezident təqaüdünün təsis edilməsi, dövlət başçısının göstərişi
əsasında isə Milli Olimpiya Komitəsi respublikanın adlı-sanlı idmançıları üçün aylıq təqaüd
təsis edilmişdir. Hər ilin yekunlarına görə idmançılara mənzillər və digər mükafatlar verilir,
idman mütəxəssislərinə, məşqçilərə böyük həcmdə yardım göstərilir.
Məhərrəm Pənahov,
Sabirabad rayonu, MMA Pankratiyon döyüş növləri üzrə məşqçi-müəllim