Вернуться назад Распечатать

ABŞ, İsrail və Livan lideriləri bu tarixdə görüşə bilər

ABŞ Prezidenti Donald Tramp, İsrail Baş naziri Benyamin Netanyahu və Livan Prezidenti Cozef Aunun görüşü mayın 11-də Vaşinqtonda baş tuta bilər.

1xeber.media xəbər verir ki, "Əl-Mayadin" telekanalı diplomatik mənbələrə istinadla məlumat yayıb.

Mənbə bildirib ki, ABŞ tərəfi görüşün keçirilməsini fəal şəkildə təşviq edir və təşəbbüs şəxsən Trampdan gəlir.

Qeyd edək ki, daha əvvəl bu görüşün mayın ikinci ongünlüyündə keçiriləcəyi bildirilmişdi.