Вернуться назад Распечатать

Rayona qonaq getmişdi - Arı sancmasından öldü

Tərtərdə arı sancan kişi ölüb.

1xeber.media xəbər verir ki, hadisə rayonun Düyərli kəndində baş verib.

Belə ki, 48 yaşlı paytaxt sakini Nazim Əmrahov rayona qonaq gedib. Bağda gəzərkən onu arı sancıb. Bundan sonra vəziyyəti pisləşən kişi xəstəxanaya aparılıb.

Müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.