Apelin 28-də Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
1xeber.media Barometr TV-yə istinadən xəbər verir ki, sözügedən ərazidə yolu keçməyə çalışan iki piyadanı minik avtomobili vurub. Daha sonra avtomobil zibil yeşiklərinə çırpılıb.
Qəzaya düşən qadınların kimliyi və hazırkı durumları ilə bağlı heç bir məlumat yoxdur.