Вернуться назад Распечатать

Biləsuvarın bu ərazilərində işıq yoxdur

Bu gün Biləsuvar rayonunun bəzi ərazilərində fasilə yaranacaq elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

1xeber.media xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. 

Bildirilib ki, mayın 2-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Biləsuvar” yarımstansiyasından qidalanan 10 kV-luq 4 və 10 saylı hava xətlərində növbəli şəkildə təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Mübariz İbrahimov, Mirzə Ələkbər Sabir, Tofiq İsmayılov, Səməd Vurğun küçələri, Bəydili kəndinin bir hissəsində .

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.