Yunanıstan və Ukrayna 2025-ci ildə Yunanıstanın gəmiqayırma zavodlarında Ukrayna dəniz dronlarının birgə istehsalı barədə razılığa gəliblər
1xeber.media xəbər verir ki,bu barədə "Kathimerini" məlumat yayıb.
Bu saziş Yunanıstana sınaqdan keçmiş hərbi texnologiyalara çıxış imkanı, Ukraynaya isə yeni istehsal bazası qazandırmalı idi.
Lakin hazırda razılaşma dalana dirənib. Belə ki, Ukrayna tərəfi hər hansı münaqişə zamanı Yunanıstanın bu dronlardan necə istifadə edə biləcəyi barədə rəsmi söz sahibi (və ya veto hüququ) olmaq istəyir.
Yunanıstan rəsmiləri şübhələnirlər ki, Ukrayna bu addımla Qara dəniz regionunun əsas oyunçusu və Rusiya ilə vasitəçi olan Türkiyəni qıcıqlandırmamağa çalışır.