Вернуться назад Распечатать

"Bu, bütün Avropaya zərbədir" - Merz

ABŞ prezidenti Donald Trampın elan etdiyi Aİ avtomobillərinə tariflərin artırılması bütün Avropaya zərbədir.

1xeber.media xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib. 

O, bildirib ki, ABŞ-nin yeni idxal tariflərini xüsusilə Almaniyaya yönəlmiş bir tədbir kimi görmür

"Tramp bütün Avropaya zərbə vurmaq istəyir", - deyə Merz ifadə edib. 

Almaniya baş nazirinin izah etdiyi kimi, Tramp Avropa tərəfinin daim yeni şərtlər irəli sürməsinə səbrini itirir. Kansler iddia edib ki, "Amerikalılar hər şeyi hazırlayıblar, amma avropalılar hazır deyillər. Buna görə də istəyirəm ki, burada mümkün qədər tez bir razılığa gələk".  

Qeyd edək ki, ABŞ gələn həftədən etibarən Amerika bazarına göndərilən minik və yük maşınlarına idxal tarifini 25%-ə qaldıracaq.