Filippinin şərqindəki Samar adasının şimal-qərbindəki Nena bölgəsində 6 bal gücündə zəlzələ baş verib.
1xeber.media xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yerin 73,3 kilometr dərinliyində qeydə alınan zəlzələ ölkənin şərq sahili boyunca digər yaşayış məntəqələrində də hiss olunub.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Qeyd edək ki, Filippinin Luzon adasının cənub-şərqində vulkan püskürməsi də baş verib.