Вернуться назад Распечатать

Heç bir gəmimiz vurulmayıb - ABŞ

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ hərbi gəmisinin vurulması ilə bağlı İran mediasının xəbərini təkzib edib.

1xeber.media xəbər verir ki, CENTCOM bu barədə X hesabında məlumat yayıb.

Qeyd olunub ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus heç bir gəmi vurulmayıb və donanma İran limanlarına blokada tətbiq etməyə, eləcə də “Azadlıq layihəsi” əməliyyatını dəstəkləməyə davam edir.

Qeyd edək ki, İran mətbuatı Hörmüz boğazına yaxınlaşmağa çalışan ABŞ hərbi gəmilərindən birinin iki raketlə vurulduğu barədə məlumat yayıb.