30 ilə yaxın dövrdə beynəlxalq hüququn bütün norma və prinsipləri Ermənistan tərəfindən pozulub.
1xeber.media xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı Bakıda keçirilən Cenevrə Konvensiyalarının 75-ci ildönümünə həsr olunan seminarda çıxışı zamanı deyib.
“30 ilə yaxın dövrdə Azərbaycan Ermənistanın işğal siyasətinə məruz qalıb və bu dövrdə beynəlxalq hüququn norma və prinsipləri Ermənistan tərəfindən pozulub. Biz həmişə beynəlxalq hüququn tətbiqinin tərəfdarı olmuşuq. Hərbi əməliyyatlar zamanı da biz humanitar hüquqa əməl etmişik və mülki şəxslərə qarşı heç bir pozuntuya yol verməmişik”, - o əlavə edib.
report