Вернуться назад Распечатать

Azərbaycan əksər beynəlxalq təşkilatlarda uğurla təmsil olunur

 

Bu təmsil olunma inama, ehtirama əsaslanır. Bu ehtiram özlüyündə bəşəriliyə görə
yaranır, bəşəriliyə görə davam edir. Azərbaycan “Avropa Siyasi Birliyi”nin də rəğbətini belə
qazanıb, bu rəğbət bu səviyyədə indi də davam edir. Azərbaycanla Ermənistan arasında sülh
müqaviləsi imzalanması ərəfəsində Yerevanda Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısı
keçirildi. Bu toplantıda videobağlantı formatında Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev də iştirak etdi. Bu iştirak Azərbaycanın siyasi nüfuzunu da yüksəltdi, onun
dünyəvi proseslərdə fəal iştirakının bəşəri mahiyyətini də təsdiqlədi.
Çıxışında bir il əvvəl Tiranaya səfərində Prezident Koştanın və Prezident Fon der
Lyayenin Zirvə görüşünün 2026-cı ilin mayında Ermənistanda təşkil olunması ideyasına rəyini
soruşduqlarını, tarazlı yanaşmanın saxlanılması üçün növbəti Zirvə görüşlərindən birinin
Azərbaycanda keçirilməsini təklif etdiyini, Prezident Koştanın iki ay əvvəl Azərbaycana
səfərində 8-ci Zirvə toplantısını da,  Azərbaycan Prezidentinin tədbirə videobağlantı
formatında qoşulacağını da müzakirə etdiklərini, “Avropa Siyasi Birliyi”nin üzvlərini 2028-ci ilin
mayında Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət etdiyini, Ermənistanın Azərbaycanın
namizədliyini dəstəklədiyini  bildirən  Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev çıxışında bildirdi ki, “Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının
aydın göstəricisidir. Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik;
- Sülhün əldə olunması faktı əsasında Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton
yük çatdırılıb. Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri
Birgə Bəyannamə imzaladılar. Prezident Tramp, artıq qeyd edildiyi kimi, həmçinin şahid kimi
imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini
parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub. Sülhün
əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən
bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana
Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı.
Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə
başladıq. Beləliklə, ticarət münasibətləri başladı...”...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gerçəkliklərə də
münasibətini bildirdi. Neçə on illərlə mövcud olmuş ikili standartların başqa formatda indi də
davam etdiyini xatırlatdı. Bu xatırlatma dünya düzəninə mane olmaq təşəbbüsü kimi qəbul
edilməli xatırlatma oldu: “Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası
Ermənistan-Azərbaycan sülh prosesində konstruktiv mövqe sərgiləmir və ikili standartlar
nümayiş etdirirlər. Sülh sahəsində digər nailiyyət bağlantılardır. “Trampın Beynəlxalq Sülh və
Rifah Maşrutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta
Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini
artıq görürlər. Bu fürsətdən istifadə edərək, mən Ermənistan-Azərbaycan sülh prosesində
tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürümü bildirmək istəyirəm. Lakin əfsuslar
olsun ki, heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Onlardan biri Avropa
Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA)”.
Dövlət başçımız çıxışında beynəlxalq təşkilatların gerçəkliklərə gerçək münasibət
göstərmədiyini, hansı səbəblərdənsə, ikili standartlara əsaslanmağı fəaliyyətinin mahiyyətinə
çevirdiyini də iştirakçıların diqqətinə çatdırdı. Bir el məsəlini xatırlayaq: “Deyənin eşidəni
gərək”. Məqamı, əqidəsi, siyasi kursu sülh, dinc yanaşı yaşama, bəşəriik olan Azərbaycana
belə münasibətin sonda iflasa uğrayacağı mütləqdir. Bu,  mütləqlik dövlət başçımızın “İndi isə
Avropa Parlamentini götürək. Bu qurum sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı
sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin
mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və
yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə
aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul
edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik,
evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan
yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və
suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət
mühakiməsinə cəlb edib. Cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti

ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament
Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament
Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar
qəbul edib…” fikirlərinin də qayəsi oldu…
Çıxışında Baş nazir Paşinyanı “Avropa Siyasi Birliyi”nin Zirgə görüşünün Ermənistanda
keçirilməsi ilə bağlı təbrik edən, prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə
baxmayaraq, Azərbaycanın sülh gündəliyinə sadiq olduğunu da bildiridi…
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il may ayının 4-
də  “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı
Azərbaycan gerçəkliklərinin həm tədbir iştirakçılarına, həm də dünya ictimaiyyətinə
çatdırılması baxımından yüksək siyasi formatda tarixləşdi…
Fuad Əliyev,
Sabirabad rayon sakini, gənc sahibkar